Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda RİH başçının vətəndaşlarla növbəti videoqəbulu

17 sentyabr 2020 | 16:00

17 sentyabr 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti videoqəbulunu keçirib.
Virtual qəbul zamanı Bədəlan kənd sakini, şəhid anası Məryəm Rəsulova ticarət obyektinin tikintisinin tamamlanmasına icazə, Qızılağac kənd sakini Lalə Abbasova evlə təmin olunması və maddi durum, Təklə kənd sakini Gülşən Nəbişova cərrahi əməliyyat olunmasına kömək, Kolatan kənd sakini Elxan Cabbarov payıbəlli torpaq sahəsi, Masallı şəhər sakini Mirəhməd Mirabdullayev Seybətin küçəsində 90 metr yolun təmiri, Qəriblər kənd sakini Tofiqə Əmənova iri tonajlı yük maşınlarının evini qəzalı vəziyyətə salması, Ərkivan qəsəbə sakinləri Rövşən Ələsgərov bələdiyyəyə köçürülən pulların araşdırılması, Həqiqət Həsənova maddi durum, Yeddioymaq kənd sakini Südabə Xanəliyeva evinə yolun olmaması, Çaxırlı kənd sakinləri Elxan Abbasov yeni anadan olan körpəyə müavinətin verilməməsi, Fikrət Hüseynov öz evinə, Təzə Alvadı kənd sakini Tərlan Məmmədov isə bir neçə məhəllə sakinin evinə qaz xəttinin çəkilməsi və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Videobağlantı zamanı vətəndaşların bir sıra problemləri müzakirə olunaraq həll olunub, bəzi məsələlərin həllinin araşdırılması üçün aidiyyatı idarə və təşkilatların, eləcə də RİHB-nın müvafiq şöbələrinin rəhbərlərinə tapşırıqlar verilib, səslənən müraciətlərin nəzarətə götürüldüyü diqqətə çatdırılıb.

Keçidlər