Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda şəhər 3 saylı uşaq bağçası-körpələr evinin açılışı

09 noyabr 2012 | 16:00

08 noyabr 2012-ci il tarixdə Dövlət Bayraq günü ərəfəsində Masallı şəhər 3 saylı uşaq bağçası-körpələr evinin açılışı olmuşdur. Açılışı giriş sözü ilə Masallı rayon İcra hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanov açaraq tədbir iştirakçılarını salamlamış, bağça kollektivini açılış münasibəti ilə təbrik etmişdir. Tədbirdə bağçanın müdiri Mehbarə Məmmədova və valideynlərdən Nigar Xəlilova çıxış edərək bağçanın əsaslı təmir edilərək uşaqların ixtiyarına verilməsindən məmnunluğunu bildirdilər və körpələrə olan diqqət və qayğıya görə möhtərəm prezident cənab İlham Əliyevə minnətdarlığını bildirdilər. Sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək tədbir iştirakçılarını salamlamış və bağçanın əsaslı təmir olunmasını dövlət başçısının regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aparıldığını qeyd etmişdir. Sonda ənənəvi olaraq rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov qırmızı lenti kəsərək bağçanın otaqlarını gəzmiş və əsaslı təmirdən sonra bağçanın vəziyyəti ilə tanış olmuşdur.
Qeyd edək ki, Masallı şəhər 3 saylı uşaq bağçası-körpələr evi iki mərtəbədən ibarətdir və 120 uşaq üçün nəzərdə tutulan bağçanın 6 sinif otağı, 1 metodika otağı, 1 tibb otağı, 1 yeməkxanası, 1 çamaşırxanası, 1 tikiş otağı və 1 tədbir zalı vardır.
 

Keçidlər