YAP Masallı rayon təşkilatı yüksək bal toplayan gənclərlə görüş keçirtdi
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksən nəticə göstərən gənclərlə görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Gənclər Birliyinin sədri Bəxtim Qarayev və Qadınlar Şurasının sədri Gülşən Xəlilova iştirak etmişlər.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ilk öncə gəncləri qazandıqları böyük uğur münasibətilə təbrik edib onlara yeni-yeni uğurlar arzulayıb. Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısını yüksək dəyərləndirən Seyfəddin Əliyev qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin müdrik siyasətinə uyğun olaraq Azərbaycanda təhsilin ikişafı prioritet istiqamətlərdən biri hesab olunur. Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə xüsusi diqqət göstərilir, müasir tələblərə uyğun olan yeni-yeni məktəblər tikilir, şagirdlərə, tələbələrə, müəllimlərə dövlət qayğısı artırılır, gənc mütəxəssislər məsul vəzifələrə təyin olunur.
Rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, dünyada pandemiya ilə əlaqədar yaranmış bir sıra çətinliklərə baxmayaraq, ölkəmizdə təhsil infrastrukturunun təkmilləşdirilməsi və təhsil sisteminin müasirləşdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirildiyini qeyd edən təşkilat sədri gənclərə bildirib ki, siz dövlətimizin təhsilə və tələbələrə olan qayğısından daha da faydalanaraq peşəkar kadr kimi formalaşmaqla respublikamızın və xalqımızın inkişafına dəyərli töhfələrinizi verməlisiniz. Bu müqəddəs yolda hər birinizə uğurlar arzulayıram.
Görüşdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova çıxış edərək gəncləri qazandıqları uğur münasibəti ilə təbrik etmiş, gənclərə gələcək işlərində yeni-yeni naliyyətlər arzu etmişdir.
Görüşdə çıxış edən gənclər ölkəmizdə gənc nəsil üçün yaradılan geniş və hərtərəfli şəraitə görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Görüşün sonunda yüksək nəticə göstərmiş gənclərə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən hədiyyələr verildi, xatirə şəkilləri çəkildi.