Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA TƏHSİLƏ DİQQƏT

19 sentyabr 2020 | 16:00

19 sentyabr 2020-ci il tarixdə Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və kollektivi tədrisin, təlim-tərbiyə prosesinin karantin rejiminin qaydalarına uyğun təşkili vəziyyətini öyrənmək məqsədilə Böyük Kolatan kənd tam orta məktəbində olmuşdur.
Sentyabr ayının 15-dən 19-dək isə RTŞ-nin əməkdaşları 44 məktəbdə olmuşlar.
Əməkdaşlar təhsil müəssisələrində olarkən tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanmış və lazımi tövsiyyələr vermişlər.
Məktəb rəhbərlərinə tədris və təlim-tərbiyə prosesinin xüsusi karantin rejiminin tələblərinə uyğun təşkili, təhsil alanların mütəmadi olaraq ,,Dərs vaxtı” teledərslərinə və ,,Virtual məktəb” layihələrinə qoşulmalarına nəzarət etmək, aidiyyati dövlət qurumları ilə birlikdə təhsil müəssisələrində dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin mütəmadi həyata keçirilməsi tapşırılmışdır.

 

 

Keçidlər