Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
19 sentyabr 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti videoqəbulunu keçirib.
Virtual qəbul zamanı Qızılağac kənd sakini, yeniyrtmələr arasında sərbəst güləş üzrə respublika çempionu Yasəmən Tərlan qızı Məcidli kənddə ona şəxsi həyətyanı torpaq sahəsi verilməsi və maddi yardım olunması, Boradigah qəsəbə sakini Raman Fəxrəddin oğlu Məmmədov atasının Çernobıl əlili olması, noyabr 2012-ci ildən növbəyə alınması və ev növbəsinin gecikməsi, Çaxırlı kənd sakini, ali təhsilli riyaziyyatçı Bəsdi Fariz qızı Əhmədova işlə təmin olunması, Boradigah qəsəbə sakini Sirac Səyyad oğlu Hüseynli pay torpağına yol verilməsi, Yeyənkənd (Abasbəyli) kənd sakini Zenfira Baloğlan qızı Əsədova tibb rəyin veriməməsi barədə müracətinin operativ və vaxtlı həllinə görə Masallı rayon icra başçısına minnətdarlıq, Birinci Yeddioymaq (Yeddioymaq) kənd sakini Şəbnəm Qədiməli qızı Cəfərova Birinci Yeddioymaq kənd məktəbində vakant olan laborant işi ilə təmin olunması, Ərkivan qəsəbə sakini Almirzə Şahmirzə oğlu Qafarov DSMF rayon şöbəsi işçisinin ondan pul alıb hesaba köçürməməsi, Tarverdi Gülbala oğlu Babayev və Mərdan Zaid oğlu Nəzərov (cəmi 27 imza) Ərkivan qəsəbəsində su kanalının bərpasına köməklik olunması, Kolatan kənd sakini Səmayə Salman qızı Quliyeva nəvələrinə məktəbli forması və maddi yardıma ehtiyac olması və s. ilə bağlı müraciətləri dinlənilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından ötrü müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.