MASALLIDA ÇƏLTİK BİÇİNİ DAVAM EDİR
21 sentyabr 2020 | 16:00
Masallının çəltik tarlalarında biçin davam edir.
Masallı Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə 2020-ci ilin məhsulu üçün rayonun səkkiz ərazi vahidində 47 fermer tərəfindən ümumilikdə 253,9 hektar sahədə çəltik əkini aparılmışdır.
Cari ildə fermerlər əsasən “Apola”, “Haşimi” və “Okean”çəltik sortları əkmişlər.
Artıq rayon ərazisində çəltik biçininə başlanılmışdır. 21 sentyabr 2020-ci il tarixinə kimi 75,5 hektar sahədə biçin aparılmış, ümumilikdə 230 tondan artıq çəltik əldə edilmişdir.
Hazırki vaxtadək çəltiyin orta məhsuldarlığı hər hektardan 30,5 sentner olmuşdur. Hazırda biçin davam etdirilir. Orta məhsuldarlığın yüksələcəyi istisna olunmur.