Masallıda 3,2 kilometr uzunluğunda asfalt yol yenidən qurulur
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin də inkişafına səbəb olur. Söhbət Bakı prospektində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ümumi uzunluğu 3,2 kilometr yeni asfalt döşənəcək M3 160+800 və M3 163+300 avtomobil yollarından gedir. Sözügedən yollarda təmir işləri yüksək keyfiyyət və sürətlə həyata keçirilir. Yola kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla asfaltın üst qatının qaşınmasına başlanılmışdır.
22 sentyabr 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görülən işlərlə tanış olmuşdur.
Yol nşaatçılarının işləri ilə tanış olan rayon rəhbəri AAYDA-nin əməkdaşlarının Masallıda gördükləri keyfiyyətli işlərdən söhbət açmışdır.
İcra başçısı inşaatçılara tövsiyələrini vermiş, yol kənarlarında beton səki daşlarının qoyulmasını tapşırmışdır.