Şriftin ölçüsü :

Saytın rəngi :

Mahmudavarda qışa hazırlıqla bağlı abadlıq işləri

22 sentyabr 2020 | 16:00

Mahmudavar ərazisində abadlıq işləri davam etdirilir.

Yaşayış məntəqələrinin kəndarası yollarında xeyriyəçilər tərəfindən 500 metr məsafəyə çınqıl döşənmişdir.

Kənd ərazisindəki istirahət parkı və digər yerlərdə təmizlik-abadlıq işləri vaxtaşırı görülür, eləcə də yol kənarları kol-kosdan, su kanalları məişət tullantılarından təmizlənir.

Ərazidə əkilmiş həmişəyaşıl ağac və bitkilərə qulluq mütəmadi olaraq göstərilir. Belə ki, 1300 ağacdan 900-ü damcı üsulu, 400 -ü isə su maşını vasitəsilə sulanır.

Hazırda ərazidə qışa hazırlıqla bağlı tədbirlər həyata keçiirilir.

Keçidlər