Şaftalının satış qiyməti qaneedicidir
23 sentyabr 2020 | 16:00
Masallı rayonunun Təzə Alvadı kəndində 1 hektar sahədə salınmış şaftalı meyvə bağında mövsümi işlər aparılır.
Fermer Ələsgər Fətullayev 10 ildir ki, uzunmüddətli icarəyə götürdüyü torpaq sahəsində “Yarma”, “Fədai”, “Nektarin” (tüksüz şaftalı) növlü şaftalı yetişdirir.
Təsərrüfatçı deyir ki, iyul ayının ilk günlərindən bağdan məhsul yığımına başlanılıb. İqlim şəraitinə müvafiq olaraq hər ağacdan 20-60 kiloqram şaftalı yığılır. Meyvənin satış qiyməti də qaneedicidir.