Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobusları Masallıda fermerlərə xidmət göstərəcək

23 sentyabr 2020 | 16:00

Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobusları 28 sentyabr 2020-ci il tarixdən Masallıda fermerlərə xidmət göstərməyə başlayır.

Fermerlər, ərazi üzrə səyyar xidmət təşkil olunacaq kəndlərin siyahısını və xidmət qrafikini Dövlət Aqrar İnkişaf mərkəzlərindən və Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzindən zəng vurub öyrənə bilərlər.

Xidmətin təşkil olunacağı kəndlərdə fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan edə bilərlər. Fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri kifayətdir.

Qeyd edək ki, ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar xidmət mikroavtobusları vasitəsilə qrafik üzrə rayonda xidmətin təşkili nəzərdə tutulur.

Xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.

Keçidlər