Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
23 sentyabr 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti videoqəbulunu keçirib.
Virtual qəbul zamanı Masallı şəhər sakini Aydın Abdin oğlu Musayev işlə təmin olunması, Masallı şəhər Dilbər Beytulla qızı Məmmədova tibbi rəy ala bilməməsi, Həsənli kənd sakini Gülnurə Tağı qızı Abbasova məktəb direktoru dərs bölgüsünün çox hissəsini öz ailəsinə verilməsi, Ərkivan qəsəbə sakini Aynur Səftər qızı Soltanlı DİM-də imtahan verib 43 bal toplaması, amma işə qəbul olmaması, Boradigah qəsəbə sakiniu Həlimə Vaqif qızı Əsədova vakant olan kitabxana müdiri vəzifəsinə təyin olunması, Şıxlar kənd sakini Məhəmməd Musabala oğlu Həsənov əlilliklə bağlı sənədlərinin Bakıya göndərilməməsi, Çaxırlı kənd sakini Telman İsmayıl oğlu Abbasov açıq ürək əməliyyatı olunması və dövlət hesabına xəstəxanada dərmanla təmin olunması və s. ilə bağlı müraciətləri dinlənilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından ötrü müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.