Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində uşaq bağçasının tikintisi sürətlə davam etdirilir

24 sentyabr 2020 | 16:00

Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının tikintisi sürətlə davam edir. Masallı şəhər Səməd Vurğun küçəsində 100 yerlik uşaq-tərbiyə müəssisəsinin tikintisinə 1 iyul 2020-ci il tarixdən başlanmışdır. İkimərtəbəli bağçada uşaqların əylənməsi üçün hər cür şərait yaradılacaqdır.
Binanın tikintisi başa çatdırılmış, üstünün dam örtüyü vurulmuş, binanın çöl hissəsinin bütün bəzək işləri və pəncərələri vurulub qurtarmışdır. Hazırda binanın daxilində görüləcək işlərə başlanılmışdır.

Tikinti obyektində işlər gündən-günə sürətlənir.

Keçidlər