Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə

24 sentyabr 2020 | 16:00

1. 23 senytabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Avtovağzal, Mərkəzi Poçt, 1 iaişə obyekti, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 15 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 6 ərazidə 2 ümumtəhsil məktəbi,  3 məktəbəqədər təhsil müəssisəsi, 1 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir  

  2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
23 sentyabr 2020-ci il tarixdə 426 nəfərlə görüşülmüş və onlardan 210 nəfərin maskasız olması müəyyən edilmişdir.

21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 58437  nəfərlə görüşülmüş və onlardan 9076 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt  və 259 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
23 sentyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3371 nəfərlə görüşülmüş, onlardan 1577 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.

21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 349172 nəfərlə görüşülmüş, 92834 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 292 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. 23 sentyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 3797 nəfərlə görüşülmüş və 1787 nəfərin maskasız olması müəyyən olunmuşdur.

21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 407609 nəfərlə görüşülmüş və 101910 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 551 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 20270 ədəd tibbi maska və 873 litr tibbi spirt paylanmışdır.

5. 23 sentyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir.

   6. 23 sentyabr 2020-ci il tarixdə koronavirusla bağlı 42 nəfərdən yaxma götürülmüşdür.Ümumilikdə rayon üzrə 9371 nəfərdən yaxma götürülmüşdür.

 

Keçidlər