Türkoba ərazisindəki sututarların tikintisi başa çatmaq üzrədir
25 sentyabr 2020 | 16:00
“Körpü-bina – tikinti” MMC-nin kollektivi Türkoba ərazisində kənd təsərrüfatı bitkilərinin suvarılması üçün iki sututarın tikintisini başa çatdırmaq üçün səylə çalışır.
Türkoba kənd ərazi nümayəndəliyindən verilən xəbərdə bildirilir ki, 14 hektarlıq Şatıroba və 8 hektarlıq Türkoba sututarlarının istismarı ərazidə yüz hektarlarla əkin sahəsinin suvarılmasına köməklik edəcəkdir.