Hacıtəpə kəndində Həsənli-Xırmandalı su tutarların tikintisi başa çatmaq üzrədir
26 sentyabr 2020 | 16:00
“Körpü-bina – tikinti” MMC-nin kollektivi Hacıtəpə kəndində kənd təsərrüfatı bitkilərinin suvarılması üçün iki su tutarın tikintisini başa çatdırmaq üçün səylə çalışır.
Bildiririk ki, 63 hektarlıq Həsənli-Xırmandalı su tutarının istismarı ərazidə yüz hektarlarla əkin sahəsinin suvarılmasına köməklik edəcəkdir.
Su tutarın ikintisi qurtardıqdan sonra 63 hektarlıq su tutarın ətrafında hər on metrdən bir salxım söyüd ağacı əkilməsi, tən ortasında isə söyüd, yolka və s. ağacları əkiləcəkdir.
Qeyd edək ki, su tutarın bərpasına cari ilin əvvəlindən başlanılıb, yaxın vaxtlarda stifadəyə verilməsi nəzərdə tutulmuşdur.