Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə

26 sentyabr 2020 | 16:00

1. 25 senytabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Avtovağzal, Mərkəzi Poçt,  5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 15 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir. 

  2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
25 sentyabr 2020-ci il tarixdə 453 nəfərlə görüşülmüş və onlardan 241 nəfərin maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 2 nəfər Masallı şəhər sakini cərimə olunmuşdur.

21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 59330  nəfərlə görüşülmüş və onlardan 9530 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt  və 263 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
25 sentyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3557 nəfərlə görüşülmüş, onlardan 1654 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.

21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 356209 nəfərlə görüşülmüş, 96136 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 295 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. 25 sentyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4010 nəfərlə görüşülmüş və 1895 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 2 Masallı şəhər sakini 2 cərimə olunmuşdur.

21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 415539 nəfərlə görüşülmüş və 105666 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 558 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 20270 ədəd tibbi maska və 873 litr tibbi spirt paylanmışdır.

5. 25 sentyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı qaydaları pozan 2 nəfər Masallı şəhər sakininin hər biri 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində cərimə olunmuşlar.

   6. 25 sentyabr 2020-ci il tarixdə koronavirusla bağlı 66 nəfərdən yaxma götürülmüşdür.Ümumilikdə rayon üzrə 9489 nəfərdən yaxma götürülmüşdür.

Keçidlər