Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Bilik günü” qeyd edildi

15 sentyabr 2014 | 15:00

15 sentyabr 2014-cü il tarixdə Masallı rayonu üzrə bütün ümumtəhsil məktəblərində “Bilik günü” münasibəti ilə tədbirlər keçirilmişdir.

Tədbirlərdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon İcra hakimiyyəti başçısı aparatının bütün kollektivi eləcədə Milli Məclisin deputatı Elmira Axundova, hüquq mühafizə orqanları rəhbərləri, ağsaqqallar, ziyalılar, bütün məktəblərin pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak etmişlər.

“Bilik günü” münasibəti ilə keçirilən tədbirlərdə bir çox ümumtəhsil məktəblərinin və uşaq bağçalarının da açılışları olmuşdur. Beləliklə Qüdrət Babayev adına 220 şagird yerlik Mahmudavar kənd ümumi orta məktəbin yeni binasının tikintisindən sonra açılışı, Rafiq Əlihəsənov adına 1147 şagird yerlik Masallı şəhər 1 saylı tam orta məktəbin, 640 şagird yerlik Bədəlan kənd tam orta məktəbin və Simran Rzayev adına 624 şagird yerlik Böyük Kolatan kənd tam orta məktəbinin, eləcədə 100 yerlik Bədəlan kənd uşaq bağçasının əsaslı təmirdən sonra açılışları olmuşdur.

Açılış mərasimlərində çıxış edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputaı Elmira Axundova, rayon Təhsil şöbəsinin müdiri Astan İbişov, müəllimlər, ziyalılar və valideynlər bütün şagirdləri 15 sentyabr “Bilik günü” münasibəti ilə səmimi qəlbdən təbrik etmiş və hər bir şagirdə yeni dərs ilində müvəffəqiyyətlər arzulamışlar.

Keçidlər