Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə

30 sentyabr 2020 | 16:00

1. 29 sentyabr 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

2. 29 sentyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə rayon İcra hakimiyyəti, Mərkəzi Rayon Xəstəxanası,Səfərbərlik və HXÇDX-nin  Masallı rayon şöbəsi, qismən səfərbərliklə bağlı təlimə cəlb edilmiş vətəndaşları təyin olunmuş ünvana aparan 16, rayon daxili 15 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələri, Mərkəzi poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 5 Yanacaq Doldurma Məntəqəsi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir 

  3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
29 sentyabr 2020-ci il tarixdə 213 nəfərlə görüşülmüş və onlardan 124 nəfərin maskasız olması müəyyən edilmişdir.

21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 61257  nəfərlə görüşülmüş və onlardan 10683 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt  və 264 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
29 sentyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4502 nəfərlə görüşülmüş, onlardan 3384 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 376384 nəfərlə görüşülmüş, 109135 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 298 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

5. 29 sentyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4715 nəfərlə görüşülmüş və 3508 nəfərin maskasız olması müəyyən olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 437641 nəfərlə görüşülmüş və 119818 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 562 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 20920 ədəd tibbi maska və 878 litr tibbi spirt paylanmışdır.

6. 30 sentyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir.

7. Ümumilikdə rayon üzrə 9555 nəfərdən yaxma götürülmüşdür.

Keçidlər