Masallıda orduya gedən hərbiçilərin ailələrinə dəstək
01 oktyabr 2020 | 16:00
Masallı rayon İcra hakimiyyətinin təşəbbüsü ilə rayonun bir qrup sahibkar və imkanlı şəxsləri tərəfindən təlim-məşq toplanışlarına cəlb olunan və qismən səfərbərliklə əlaqədar döyüş bölgəsində vuruşan əsgər və zabitlərin ailələrinə dəstək kompaniyası təşkil olunmuşdur.
Orta hesabla hər ailəyə ayda iki dəfə olmaqla 60 manat məbləğində ərzaq yardımı olunacağı nəzərdə tutulur.