Hüseynhacılı kəndində mərkəzi yol təmir edilib
02 oktyabr 2020 | 16:00
Payız-qış mövsümünə hazırlıqla əlaqədar Masallıda yolların cari təmir işləri davam etdirilir. Şəhərlə yanaşı qəsəbə və kəndlərdə daxili yollar yenidən qurulur, yol yataqları genişləndirilir, su ötürücü keçidlər qurulur və s.
Bu günlərdə Öncəqala ərazisinin Hüseynhacılı kəndində mərkəzi yola dolğu materialı verilərək təmir edilmişdir. Təmir işləri ərazi nümayəndəliyi və "47N-li Yol İstismarı" MMC tərəfindən aparılmışdır.
Növbəti mərhələlərdə isə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması planlaşdırılır.