Masallı şəhərində uşaq bağçasının tikintisi başa çatmaq üzrədir
03 oktyabr 2020 | 16:00
Masallı şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının tikintisi başa çatmışdır. Masallı şəhər Səməd Vurğun küçəsində 100 yerlik uşaq-tərbiyə müəssisəsinin tikintisinə 1 iyul 2020-ci il tarixdən başlanmışdır. İkimərtəbəli bağçada uşaqların əylənməsi üçün hər cür şərait yaradılacaqdır.
Binanın tikintisi başa çatdırılmış, üstünün dam örtüyü vurulmuş, binanın hər tərəfinin bütün bəzək işləri və pəncərələri vurulub qurtarmışdır. Hazırda binanın daxilində görüləcək işlərə başlanılmışdır. Otaqların suvaq işi, qapı və pəncərələrinin vurulması və istilik rejimi quraşdırılır.
Tikinti obyektinin daxilindəki işlər gündən-günə sürətlənir.