Şriftin ölçüsü :

Saytın rəngi :

28 May-Müstəqillik Günü Azərbaycan tarixinin şanlı səhifəsidir

28 may 2022 | 15:58
Masallı rayon Mərkəzi Kitabxanasında 28 May-Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov mövzu ətrafında geniş məlumat verib. 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk parlament respublikası olduğunu qeyd edib. O, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 il davam edən işğalına son qoyduğunu vurğulayıb. Əlhəddin Nəzərov Azərbaycanın əbədi olacağına inamını ifadə edib.
Sonra kitabxana əməkdaşları Rasif Dadaşov və Arzu Hüseynova məruzə ilə çıxış ediblər.
Keçidlər