Həsənli və Xırmandalı ərazilərinə mavi qaz verildi
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da geniş abadlıq və quruculuq işləri o cümlədən əhalinin sosial problemlərin həlli istiqamətində işlər görülür.
Belə ki, 8 noyabr 2012-ci il tarixdə Həsənli ərazisində 392 abonent və Xırmandalı ərazilərində isə 926 abonent olmaqla Hacıtəpə, Xırmandalı, Köçəkli və Təkdam kəndlərinin ümumilikdə 1318 abonentə təbii qaz verilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Hacıtəpə, Xırmandalı, Köçəkli və Təkdam kəndlərində təbii qaz verilməsinə həsr olunmuş tədbirlərdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə-təbii qaz verilməsi münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Çıxışda qeyd olunmuşdur ki, ölkəmizdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur, ayrı-ayrı yaşayış məntəqələrində təkcə qaz xətti deyil, içməli su və digər sosial problemlər həll edilir, yollar çəkilir, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir. Kənd ağsaqqallarından Hacı Aməd Qasımov, Ağamalı Qaraşov, ziyalılardan Xəlilulla Xəlilov, Süleyman Hüseynov və başqaları çıxış edərək möhtərəb prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Sonda rayon İcra hakimiyyətinin başçısı R. Hüseynov təbii qaz verilməsini nümayiş edən mavi alovu alişdırmışdır.