Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə

04 oktyabr 2020 | 16:00

1. 03 oktyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Rayon Mərkəzi Xəstəxanası, Ərkivan qəsəbə Həkim Məntəqəsi, Mərkəzi poçt, 3 fərdi yaşayış evi, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 15 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir. 
 
  2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
03 oktyabr 2020-ci il tarixdə 524 nəfərlə görüşülmüş və onlardan 317 nəfərin maskasız olması müəyyən edilmişdir.

21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 63149  nəfərlə görüşülmüş və onlardan 11878 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt  və 264 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
03 oktyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4907 nəfərlə görüşülmüş, onlardan 3749 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 393751 nəfərlə görüşülmüş, 122403 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 298 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. 03 oktyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 5431 nəfərlə görüşülmüş və 4066 nəfərin maskasız olması müəyyən olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 456900 nəfərlə görüşülmüş və 134281 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 562 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 20920 ədəd tibbi maska və 878 litr tibbi spirt paylanmışdır.

5. 03 oktyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir.

   6. 03 oktyabr 2020-ci il tarixdə koronavirusla bağlı 37 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 9720 nəfərdən yaxma götürülmüşdür.

Keçidlər