Masallı Regional Mədəniyyət İdarəsindən əsgərə sovqat
05 oktyabr 2020 | 16:00
Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşən hərbiçilərimizə dəstək aksiyasına başlanılmışdır
İlkin olaraq 3000 ədədə yaxın yun corab, 100 ədəd yataq üstlüyü, 300 ədəddən çox yun papaq, 300 ədəddən çox yun alt geyimi və 300 ədəddən çox əlcək hazırlanaraq 09 oktyabr 2020-ci il tarixdə cəbhə bölgəsinə göndərilməsi planlaşdırılır.
Masallı rayonunda fəaliyyət göstərən idarə-müəssisə, təşkilatlar, eləcədə müxtəlif sahələrlə məşğul olan şəxslərin də bu təşəbbüsə qoşulması və hərbiçilərimizə dəstək olması arzuolunandır.
Təşəbbüsə qoşulmaq istəyənlərin Masallı Regional Mədəniyyət İdarəsinə müraciət etməsi tövsiyə olunur.