Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn Rinq” İntellektual Oyunu üzrə rayon turu

25 sentyabr 2014 | 15:00

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Masallı Rayon Təhsil Şöbəsinin dəstəyi ilə 25 Sentyabr 2014-cü il tarixdə Gənclər Mərkəzində “Breyn- Rinq” İntellektual Oyunu üzrə 14-29 yaşlı gənclər və orta ümumtəhsil məktəblərinin IX-X-XI sinif şagirdləri arasında Rayon turniri keçirilmişdir.
Tədbirin açılış mərasimində Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan, respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.
Bilik yarışında 37 komandadan 222 nəfər gənc öz bilik və bacarıqlarını , intellektual səviyyələrini sınamışlar. Olduqca gərgin və maraqlı keçən bilik yarışının yekununda Bala Kolatan kənd tam orta məktəbin komandası I yerə, 3 saylı Ərkivan qəsəbə tam orta məktəbin komandası II yerə , Şəhər 2 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşdür. Fəallığına görə isə Banbaşı kənd tam orta məktəbin komandası diplomla təltif edilmişdir.
Rayon turnirində qalib gəlmiş bütün komanda üzvləri Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Keçidlər