Armud bağlarında yığım başa çatmaq üzrədir
06 oktyabr 2020 | 16:00
Masallının əksər ərazilərində torpaqlardan səmərəli istifadə edilir. Meyvəçiliyin inkişafı torpaq mülkiyyətçilərinin nəzər-diqqətindədir.
Rayonda 1,40 hektar sahədə armud bağı mövcuddur.
Öncəqala ərazisində 1, Kolatanda isə 0,4 hektarda salınan meyvə bağlarında yerli və məhsuldar armud ağacları əkilib. Yerli fermerlərin köməyi ilə yaradılan bağlarda aqrotexniki qulluq işləri ilboyu aparılır.
Bol məhsullu bağlarda yığım başa çatmaq üzrədir.
Bir neçə gündən sonra budama işlərinə başlanılacaq ki, bu da ağacların inkişafına və növbəti mövsümdə məhsul bolluğuna hesablanıb.