Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tütün tədarükü davam edir

07 oktyabr 2020 | 16:00

Son illər aqrar sahəyə dövlət dəstəyinin artırılması Masallıda unudulmaqda olan tütünçülüyə marağı artırıb. Belə ki, cari ildə rayonda 40-dan çox fermer 51 hektar sahədə tütün əkib-becərir.
Hazırda rayonun Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan və s. ərazilərində məhsul yığımı aparılır. Fermerlərin sözlərinə görə tütünçülük rayon üçün gəlirli sahələrdən hesab edilir. Rayonda məhsulun daha çox "Trabzon" və "İmmenium" sortları əkilib-becərilir.
Bundan əlavə Masallı rayonunda 2020-ci ildə ilk dəfə olaraq tütünün "Berley" sortu əkilib. Bu sort bölgənin torpaq-iqlim şəraitinə görə daha əlverişli hesab edilir. Həm də ənənəvi sortlardan 2 dəfə çox məhsul verir.

Yığılan yarpaqlar ipə düzülərək hava şəraitindən asılı olaraq 3-5 gün ərzində qurudulur və bağlanmış müqavilə əsasında tədarük məntəqəsinə təhvil verilir.
Bu günədək sahələdən 812 ton yaş tütün dərilmiş və onlardan 33,8 ton quru tütün yarpağı yığılaraq Şəki şəhərində yerləşən “İlham-M” MMC-yə təhvil verilmişdir.

 

Keçidlər