Masallı sakinlərinin nəzərinə !
08 oktyabr 2020 | 16:00
Hörmətli Masallı sakinləri!
Son günlər Masallı rayonu üzrə COVİD-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur.
Bütün Masallı sakinlərindən xahiş olunur ki, özünüzü və yaxınlarınızı mövcud infeksiyadan qorumaq üçün karantin qaydalarına riayət edin!
Belə ki, zərurət yaranmadıqda evdən çıxmayın, şəxsi gigiyena qaydalarına ciddi əməl edin, tibbi maskadan və tibbi spirtdən istifadə edin. Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 pandemiyası ilə bağlı tövsiyələrinə əməl etməyiniz hər birimizin təhlükəsizliyi üçün zəruridir!