Masallıda 7454 hektar sahədə yay şumu vurulub
Yay şumunun vaxtında və keyyfiyyətli vurulması ziyanvericilərin və süfrələrinin məhv olmasına, torpağın münbitliyinin artırılmasına və növbəti illərdə məhsuldarlığın yüksəldilməsinə müsbət təsir göstərir.
Bu barədə fermerlərlə aparılmış marifləndirici tədbirlər öz nəticəsini verir.
Yay şumunun məhsuldarlıqda mühüm əhəmiyyətini nəzərə alan fermerlər və fiziki şəxslər bütün qüvvələrini bu mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə aparılmasına səfərbər ediblər.
Hal-hazırdək rayon üzrə mexanizatorlar 7454 hektar sahədə yay şumu vurublar.
2021-ci ilin məhsulu üçün Masallı rayonunun təsərrüfatlarında ümumilikdə 14622 hektar şum vurulması proqnozlaşdırılır.
Hazırda Masallı rayonunda torpaq sahələrinin şumlanması işi kənd təsərrüfatında ən məhsul dövrü hesab olunan yay şumu sürətlə davam etdirilir.