Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

01 oktyabr 2014 | 15:00

Oktyabrın 1-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş toplantı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik etdi.
Qeyd olundu ki, prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Sonra çıxış edənlər qeyd etdilər ki, ulu öndər Heydər Əliyevin Sərəncamı ilə hər il oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin prokurorluq işçilərinə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda prokurorluq işçilərinin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər