Şriftin ölçüsü :

Saytın rəngi :

Boradigah qəsəbəsində yeni məktəb binasında işlər davam etdirilir

10 oktyabr 2020 | 16:00

Boradigah qəsəbəsində 600 şagird yerlik yeni məktəb binası tikilir

Təhsil Nazirliyinin sifarişi ilə Masallı rayonunun Boradigah qəsəbəsindəki İnqilab Nağıyev adına 2 nömrəli tam orta məktəb üçün yeni üçmərtəbəli bina inşa olunur.

Ötən ilin noyabr ayında tikintisinə başlanılan 600 şagird yerlik yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılacaq.

Müasir istilik və su sistemi ilə təmin ediləcək təhsil ocağının yeni binasında geniş sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, yeməkxana, akt və idman zalları müəllim və şagirdlərin ixtiyarına veriləcək.

Yeni məktəb binasının cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

Keçidlər