Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Müəllimlər Günü qeyd olundu

03 oktyabr 2014 | 15:00

Oktyabrın 3-də Masallı şəhər 1 nömrəli tam orta məktəbində  Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirildi.
Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə müəllimləri təbrik etdilər.
Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da təhsilin maddi-texniki bazası möhkəmləndirilməsi sahəsində mühüm işlər görülüb, müəllimlərin sosial vəziyyəti yaxşılaşdırılıb.
Bildirildi ki, son illər Masallı rayonunda 42 yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib, 7 yeni uşaq bağçası balaca fidanları ixtiyarına verilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər rayonda uğurla davam etdirilir.
Diqqətə çatdırıldı ki, bu gün ölkəmizdə təhsilə, müəllimə göstərilən diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Sonra Təhsil şöbəsinin müdiri Astan İbişov, əməkdar müəllim Dadaşbala Duriyev və başqaları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Bayram süfrəsi ətrafında davam edən mərasimdə rayonun bir qrup qabaqcıl müəlliminə rayon icra hakimiyyətinin fəxri-fərmanları təqdim olundu.
Məktəblilər müəllimləri şeirlə salamladılar.
Mərasimdə rayonun musiqi kollektivləri konsert proqramı ilə çıxış etdilər.

Keçidlər