Masallıda çəltik biçini davam edir
2020-ci ilin məhsulu üçün Masallı rayonunun səkkiz ərazi vahidində 47 fermer təsərrüfatı çəltik sahələrini genişləndirilərək 253,9 hektar sahədə əkin aparmışdır.
Qeyd edək ki, ötən il rayonda 217 hektar sahədə çəltik əkilmişdi.
Cari il Masallı rayonunda təsərrüfatçılar əsasən məhsuldar “Apollo”, “Okean” və “Haşimi” növlərinə daha çox üstünlük veriblər. Sahələrdə vaxtında lazımi aqrotexniki işlər görülüb, zərərvericilərə qarşı tədbirlər aparılıb. Bundan başqa çəltik əkini zamanı əkinçilər su sarıdan heç bir əziyyət çəkməyiblər.
Rayon ərazisində çəltik biçini uğurla davam edir. Masallı DAİM-in direktoru Seymur Nuriyevdən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, rayon üzrə 222,4 hektara yaxın sahədə biçin aparılmış, ümumilikdə 759,50 tondan artıq çəltik əldə edilmişdir.
10 oktyabr 2020-ci il tarixə kimi çəltiyin orta məhsuldarlığı hər hektardan 34,15 sentner olmuşdur.
Hazırda Masallının çəltik zəmilərində biçin davam etdirilir.