Şriftin ölçüsü :

Saytın rəngi :

“Xəmsə” milli intellektual oyunu üzrə rayon turunun keçirilib

09 oktyabr 2014 | 15:00

Oktyabrın 9-da Masallı şəhərindəki Gənclər Mərkəzində yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon turu keçirilib.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq olaraq, rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.
Tədbirin açılış mərasimində çıxış edənlər ölkəmizdə, o cümlədən Masallıda dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.
Bilik yarışmasında rayonun 20 ümumtəhsil məktəbini təmsil edən 140 şagird öz bacarığını və intellektual səviyyəsini nümayiş etdirib.
Yarışmanın yekunlarına görə, Bala Kolatan, Şərəfə və Hişkədərə kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə diplomlar və qiymətli hədiyyələr verilib.

Keçidlər