Təzə Alvadı kəndi ərazisində vələmir əkini başa çatdırılmışdır
12 oktyabr 2020 | 16:00
Təzə Alvadı ərazisində 2021-ci ilin bol məhsulu üçün 872 hektar sahədə yay şumu proqnozlaşdırılıb. İndiyə kimi 683 hektar sahədə keyfiyyətli və standartlara uyğun şum vurulmuşdur. Masallı DAİM və Təzə Alvadı kənd bələdiyyəsinin verdiyi məlumata görə 270 hektar sahədə yay şumu aparılacaqdır. Kənd fermerləri, sürülmüş və malalanmış yerlərdə 250 hektar sahədə aqrotexniki qaydalar əsasında vələmir səpinini aparmışlar.
Hazırda Təzə Alvadı ərazisində buğda əkininə hazırlıq görülür. Məhsuldarlığı artıran amillər nəzərə alınmışdır.