Masallı rayonununda payızlıq taxıl əkinninə 216 texnika cəlb olunub
Masallı rayonunda payızlıq taxıl əkininə ciddi hazırlıqlarla başlanıb və bu mühüm kampaniyaya 216 ədəd texnika cəlb olunub ki, onndan 36-si səpin aqreqatlarıdır.
Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyevdən aldığımız məlumatda bildirilib ki, qısa vaxtda 8070 hektara yaxın sahədə arpa, buğda, vələmir səpini aparılıb. Əkinə Masallı rayonunun bütün kənd inzibati ərazi dairələrində mütəşəkkilliklə başlanıb.
Qeyd edək ki, cari mövsümdə Masallı rayonunun ərazisində 14622 hektarda yay şumu vurulması proqnozlaşdırılıb. Artıq 9246,5 hektar sahədə şum vurulub və bu iş rayonda sürətlə davam etdirilir. Torpağın şuma hazırlanması və səpinin aqrotexniki qaydalar əsasında həyata keçirilməsi diqqət mərkəzindədir. Fermerlər, torpaq mülkiyyətçiləri əkində yerli şəraitə uyğun yüksək reproduksiyalı toxumlardan istifadə edirlər.