Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarların maarifləndirilməsi ilə bağlı treninq keçirilib

09 oktyabr 2014 | 15:00

Oktyabrın 9-da Masallı rayonunun Mahmudavar kəndində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları, logistika, nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə mövzuları əhatə edən treninqdə Avropa İttifaqına ixrac imkanları və bu sahədə mövcud qanunvericilik, logistikanın növləri, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması barədə geniş məlumat verilib.
Bundan başqa, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az və www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin qəbulu və maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Treninq çərçivəsində tematik mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər