Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə

19 oktyabr 2020 | 16:00

1. 18 oktyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən rayon Dövlət Yanğından Mühafizə Hissəsi, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 15 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi və 5 ərazidə 5 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
 
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
18 oktyabr 2020-ci il tarixdə 1467 nəfərlə görüşülmüş və onlardan 983 nəfərin maskasız olması müəyyən edilmişdir. Şəhər üzrə 2 nəfər şəxsin hər biri 100 manat olmaqla 200 manat cərimə olunmuşlar.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 73223 nəfərlə görüşülmüş və onlardan 19076 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt və 269 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
18 oktyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4248 nəfərlə görüşülmüş, onlardan 2985 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 460981 nəfərlə görüşülmüş, 173562 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 298 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. 18 oktyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 5715 nəfərlə görüşülmüş və 3968 nəfərin maskasız olması müəyyən olunmuşdur. Rayon üzrə 2 nəfər şəxsin hər biri 100 manat olmaqla 200 manat cərimə olunmuşlar.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 534204 nəfərlə görüşülmüş və 192638 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 567 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 21320 ədəd tibbi maska və 882 litr tibbi spirt paylanmışdır.

5. 18 oktyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Masallı şəhər ərazisində 2 nəfər şəhər sakini karantin qaydalarını pozduğu üçün hər biri 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində cərimə olunmuşlar. Rayon ərazisində reydlər davam etdirilir.

6. 18 oktyabr 2020-ci il tarixdə koronavirusla bağlı 58 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 10202 nəfərdən yaxma götürülmüşdür.

Keçidlər