Şriftin ölçüsü :

Saytın rəngi :

ƏRKİVAN QƏSƏBƏSİNDƏ SƏYYAR GÖRÜŞ

06 dekabr 2012 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 05.12.2012-ci il tarixdə Ərkivan qəsəbəsində keçirilmişdir. Ərkivan ərazisi Ərkivan qəsəbəsi yaşayış məntəqəsini əhatə edir. Ərazinin 16368 nəfər əhalisi və 2294 ha torpaq sahəsi vardır.
Həmçinin ərazidə 4 tam orta məktəb, 1 əsas məktəb, 1 tibb məntəqəsi, 1 Mədəniyyət evi, 1 uşaq bağçası, 30 özəl xidmət obyektləri, 2 kərpic zavodu, 9 məscid, 4 kitabxana, 3 yanacaq doldurma məntəqəsi, 1 qazdoldurma məntəqəsi, 1 EATS və 1 poçt şöbəsi fəaliyyət göstərir.
Ərkivan qəsəbəsində təşkil olunmuş görüşü rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, rayonda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra qəsəbə sakinlərindən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Qəsəbə ağsaqqallarından Mərdan Nəzərov, Qəzənfər Kazımov qəsəbə ziyalılarından Əbülfəz Əsədov, Məmmədağa Sadıqov və kənd sakinlərindən Anar Dadaşov, Kazım Cəbiyev və başqaları qəsəbənin mərkəzi yolu və ara yollarının təmir edilməsinə, ərazidəki 1000 metr məsafədə su aparıcı kanalın yenidən qazılaraq təmizlənməsinə, qəsəbədəki tam orta məktəblərdən birinin əsaslı təmir edilməsinə, ərazidə istirahət mərkəzinin tikilərək istifadəyə verilməsinə, ərazidə 8 yararsız elektrik dirəyinin dəyişdirilməsi və qəsəbənin mərkəzi stadionunda idmançılar üçün geyinib soyunma otağının hazırlanmasına görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinlər qəsəbə yollarının işıqlandırılmasına, su aparıcı kanalların təmizlənməsinə, ara yolların təmir edilməsinə, məktəblərdə və ərazi nümayəndəliyinin inzibati binasında əsaslı təmir işlərinin aparılmasına köməklik göstərilməsini xahiş etmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.
 

Keçidlər