Şriftin ölçüsü :

Saytın rəngi :

Fermerlər arasında məlumatlandırma işləri aparılır

22 oktyabr 2020 | 16:00

Payızlıq əkinlərin vaxtında bəyan edilməsi ilə bağlı fermerlər arasında məlumatlandırma işləri aparılır
2020-2021-ci il payız əkinləri üzrə subsidiya müraciəti üçün fermerlərdən əkin bəyanlarının qəbulu prosesi davam edir. Kənd Təsərrüfatı Nazirliyi İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qurum əkin bəyanlarının düzgün və vaxtında təqdim edilməsi üçün regionlarda fermerlər arasında maarifləndirmə işləri aparır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) əməkdaşları Masallı rayonunda da əkinçi fermerlərlə görüşüblər. Görüşdə bildirilib ki, yüksək məhsuldarlıq və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında fermerlərin üzərinə böyük məsuliyyət düşür. Dövlətin hər zaman fermerlərin yanında olduğunu vurğulayan AKİA əməkdaşları kənd təsərrüfatı məhsulları istehsalçılarını maraqlandıran suallara aydınlıq gətiriblər. Fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməyin qaydaları, payızlıq əkinlərin vaxtında və düzgün bəyan edilməsi üçün lazım olan addımlar ətraflı izah edilib. Qeyd edək ki, 2020-ci ildən başlayaraq fermerlərin aqrar subsidiyalar üçün müraciətləri elektron sistem üzərindən qəbul edilir və vəsaitlər “Fermer kartı”na köçürülür. Payız əkinləri üçün bəyanlar noyabrın 30-dək qəbul ediləcək.

Keçidlər