Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə

22 oktyabr 2020 | 16:00

1. 21 oktyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Mərkəzi Rayon Xəstəxanası, Polis şöbəsi, Avtovağzal, Mərkəzi Poçt, Olimpiya İdman Kompleksi, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat və 15 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
 
  2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
21 oktyabr 2020-ci il tarixdə 965 nəfərlə görüşülmüş və onlardan 314 nəfərin maskasız olması müəyyən edilmişdir.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 77202 nəfərlə görüşülmüş və onlardan 21107 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt və 270 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
21 oktyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3972 nəfərlə görüşülmüş, onlardan 2814 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Kəndlər üzrə 3 nəfər şəxs karantin qaydalarını pozduğu üçün hər biri 100 manat olmaqla ümumilikdə 300 manat məbləğində cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 477220 nəfərlə görüşülmüş, 183447 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 304 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. 21 oktyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4937 nəfərlə görüşülmüş və 3128 nəfərin maskasız olması müəyyən olunmuşdur. Rayon üzrə 3 nəfər şəxs karantin qaydalarını pozduğu üçün hər biri 100 manat olmaqla ümumilikdə 300 manat məbləğində cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 554422 nəfərlə görüşülmüş və 204554 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 574 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 21570 ədəd tibbi maska və 882 litr tibbi spirt paylanmışdır.

5. 21 oktyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin qaydalarını pozduğu üçün Boradigah qəsəbəsi ərazisində də 3 nəfər qəsəbə sakininin hər biri 100 manat olmaqla ümumilikdə 300 manat məbləğində cərimə olunmuşlar. Rayon ərazisində reydlər davam etdirilir.

   6. 21 oktyabr 2020-ci il tarixdə koronavirusla bağlı 68 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 10365 nəfərdən yaxma götürülmüşdür.

Keçidlər