Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
22 oktyabr 2020 | 16:00
22 oktyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı Boradigah qəsəbə ərazisində 1 nəfər qəsəbə sakini karantin qaydalarını pozduğu üçün 100 manat məbləğində cərimə olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir.