Sığdaş kəndində iki su tutarın təmir-bərpa işləri yekunlaşmaq üzrədir
“Körpü-Bina – Tikinti” MMC-nin kollektivi Masallı rayonunun Sığdaş kəndində əkilən bitkilərinin suvarılması üçün 2 su tutarın tikintisini vaxtında başa çatdırmaq üçün səylə çalışırlar. İnşaatçılar kənd təsərrüfatı sahəsində ən vacib sahə olan su tutarı vaxtında başa çatdırmaq üçün əllərindən gələni əsirgəmirlər.
Su tutarların istismarı ərazidə yüz hektarlarla əkin sahəsinin suvarılmasına kömək edəcəkdir.
Qeyd edək ki, “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılıb.