Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə

23 oktyabr 2020 | 16:00

1. 22 oktyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Mərkəzi Rayon Xəstəxanası, rayon Prokurorluğu, Avtovağzal, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 15 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 6 ərazidə 6 fərdi yaşayış evi, 2  ərazi nümayəndəliyi, 2 kənd Poçtu,  2 Elektron avtomatik telefon stansiyası (EATS), 2 Tibb məntəqəsi və 5 iaşə obyekti dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
 
  2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
22 oktyabr 2020-ci il tarixdə 1283 nəfərlə görüşülmüş və onlardan 837 nəfərin maskasız olması müəyyən edilmişdir.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 78485 nəfərlə görüşülmüş və onlardan 21944 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt və 270 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
22 oktyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 7682 nəfərlə görüşülmüş, onlardan 5448 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Kəndlər üzrə 1 nəfər şəxs karantin qaydalarını pozduğu üçün 100 manat məbləğində cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 484902 nəfərlə görüşülmüş, 188895 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 305 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. 22 oktyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 8965 nəfərlə görüşülmüş və 6285 nəfərin maskasız olması müəyyən olunmuşdur. Rayon üzrə 1 nəfər şəxs karantin qaydalarını pozduğu üçün 100 manat məbləğində cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 563387 nəfərlə görüşülmüş və 210839 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 575 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 21570 ədəd tibbi maska və 882 litr tibbi spirt paylanmışdır.

5. 22 oktyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin qaydalarını pozduğu üçün Boradigah qəsəbəsi ərazisində 1 nəfər qəsəbə sakini 100 manat məbləğində cərimə olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir.

   6. 22 oktyabr 2020-ci il tarixdə koronavirusla bağlı 83 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 10448 nəfərdən yaxma götürülmüşdür.

Keçidlər