Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə
1. 24 oktyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Avtovağzal, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 15 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi və 2 ərazidə 2 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
24 oktyabr 2020-ci il tarixdə 1497 nəfərlə görüşülmüş və onlardan 886 nəfərin maskasız olması müəyyən edilmişdir. Şəhər üzrə 3 nəfər şəxsin hər biri karantin qaydalarını pozduğu üçün 100 manat məbləğində cərimə olunmuşlar.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 81339 nəfərlə görüşülmüş və onlardan 23749 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt və 275 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
24 oktyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 8126 nəfərlə görüşülmüş, onlardan 5387 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 497616 nəfərlə görüşülmüş, 197297 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 305 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
4. 24 oktyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 9623 nəfərlə görüşülmüş və 6273 nəfərin maskasız olması müəyyən olunmuşdur. Rayon üzrə 3 nəfər şəxsin hər biri karantin qaydalarını pozduğu üçün 100 manat məbləğində cərimə olunmuşlar.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 578955 nəfərlə görüşülmüş və 221046 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 580 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 21570 ədəd tibbi maska və 882 litr tibbi spirt paylanmışdır.
5. 24 oktyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin qaydalarını pozduğu üçün Masallı şəhər ərazisində 3 nəfər şəhər sakininin hər biri 100 manat olmaqla ümumilikdə 300 manat məbləğində cərimə olunmuşlar. Rayon ərazisində reydlər davam etdirilir.
6. 24 oktyabr 2020-ci il tarixdə koronavirusla bağlı 62 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 10557 nəfərdən yaxma götürülmüşdür.