Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Boks idman növü üzrə rayon birinciliyi

26 oktyabr 2014 | 15:00

25-26 Oktyabr 2014-cü il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Masallı Boks Mərkəzində 18 Oktyabr Müstəqillik Günü münasibətilə  yeniyetmə və gənclər  arasında Boks idman növü üzrə Rayon birinciliyi keçirilmişdir.
10 çəki dərəcəsində 78 nəfər yeniyetmə və gənc boksçuların iştrakı ilə keçirilən yarışın məqsədi rayonda boks idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub. Olduqca gərgin  mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom , medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər