Şriftin ölçüsü :

Saytın rəngi :

Qızılavar ərazisində aqrar sektorun inkişafı

26 oktyabr 2020 | 16:00

Qızılavarda yay şumu başa çatdırılmış, 118 hektar sahədə taxıl əkilmişdir

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən 26 oktyabr 2020-ci il tarixdə verilən məlumata görə Qızılavar kəndi ərazisində növbəti ilin kənd təsərrüfatı əkinləri üçün yay şumu uğurla başa çatdırılmışdır. Belə ki, ərazidə proqnozlaşdırılan 80 hektar əvəzinə 126 hektar sahə şumlanmış, kənd mexanizatorları təsərrüfat işinin vaxtında başa çatdırılmasında hünərlə çalışmışlar.

Qızılavar kəndində payızlıq taxıl əkinləri də müvəffəqqiyyətlə davam edir. Belə ki, kəndli fermerlər indiyədək 65 hektarda buğda və 53 hektarda arpa əkinini optimal müddətdə başa çatdırmışlar. Ümmumiyyətlə,  Qızılavar kəndi ərazisində 118 hektar sahədə əkin keçirilmişdir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın erməni işğalından azad edilməsi üçün apardığı uğurlu döyüşlər, bununla əlaqədar elan edilən hərbi vəziyyət şəraitində Masallı rayonunda kənd təsərrüfatı işlərinin ahəngdar gedişinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

Keçidlər