Türkoba ərazisində su tutarın tikintisi başa çatmışdır
“Körpü-Bina – Tikinti” MMC-nin kollektivi Masallı rayonunun Türkoba kəndində əkilən bitkilərinin suvarılması üçün su tutarın tikintisini vaxtında başa çatdırmaq üçün səylə çalışmışlar. İnşaatçılar kənd təsərrüfatı sahəsində ən vacib sahə olan su tutarı vaxtında başa çatdırmaq üçün əllərindən gələni əsirgəməmişlər.
Su tutarın istismarı ərazidə yüz hektarlarla əkin sahəsinin suvarılmasına kömək edəcəkdir.
Qeyd edək ki, “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılıb.