Şriftin ölçüsü :

Saytın rəngi :

Qarğalıq ərazisində ikinci su tutarın tikintisi başa çatmışdır

28 oktyabr 2020 | 16:00

“Körpü-bina – tikinti” MMC-nin kollektivi Masallı rayonunun Qarğalıq kəndində kənd təsərrüfatı  bitkilərinin suvarılması üçün ikinci su tutarın tikintisini də başa çatdırmışdır. İnşaatçılar kənddə ikinci su tutarın tikintisini başa çatdırmaq üçün əllərindən gələni əsirgəməmişlər.
Bildiririk ki, su tutarların istismarı ərazidə yüz hektarlarla əkin sahəsinin suvarılmasına köməklik edəcəkdir.

İkinci su tutarın bərpasına cari ilin əvvəlindən başlanılıb, yaxın vaxtlarda istifadəyə verilib.

Qeyd edək ki, “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Keçidlər